13 mart 2014 13:13

Millimiz FIFA reytinqində 91-ci sırada

Millimiz FIFA-nın mart ayı üçün reytinq cədvəlində 91-ci pillədə qərarlaşıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun yetirmələrinin hesabında 369 xal var ki, bu da, ötən fevral ayı ilə müqayisədə üç xal azdır.
Buna rəğmən, millimiz iki pillə yüksəlib. Xüsusən Estoniya və Çin yığmalarının reytinqdə geriləməsi buna şərait yaradıb.
Yarış cədvəlində qonşularımız Yeni Zelandiya (373 xal) və Estoniyadır (367 xal).
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 8-ci (1112 xal), Xorvatiya 16-cı (955 xal), Norveç 57-ci (559 xal), Bolqarıstan 67-ci (518 xal), Malta 134-cü (186 xal) pillədə qərarlaşıb.
Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1017 xalla 14-cüdür.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 18-ci pillə, 911 xal. Rusiya 19-cu (889 xal) pillədə qərarlaşıb. Ermənistan 41-ci (699 xal), Özbəkistan 55-ci (565 xal), Belarus 83-cü (420 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (92; 367), Gürcüstan (99; 333), Litva (105; 314), Moldova (108; 303), Latviya (113; 265), Tacikistan (121; 237), Qazaxıstan (127; 213), Türkmənistan (142; 166) və Qırğızıstan (146; 155) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 710 xalla 38-cidir.
Ayın ən yaxşı komandası 18 pillə irəliləmiş Vyetnam millisi olub. 43 pillə geriləmiş Myanma millisi isə ayın ən pis göstəricisinə imza atıb.
İlk onluq isə belə sıralanıb:
İspaniya (1510 xal), Almaniya (1336 xal), Argentina (1234 xal), Portuqaliya (1199 xal), Kolumbiya (1183 xal), Uruqvay (1126 xal), İsveçrə (1123 xal), İtaliya (1112 xal), Braziliya (1104 xal) və Belçika (1084 xal).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.