12 mart 2014 00:11
Azərbaycan Kubokunda 1/4 final həyacanı
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bir gündə 2-si bölgədə olmaqla 4 görüş baş tutacaq.
Günün ilk qarşılaşması Qəbələdə baş tutacaq. Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə (1-2) yerləşən "Qəbələ" və "Qarabağ" növbəti mərhələyə vəsiqə uğrunda vuruşacaq. Cari çempionatda uğurlu seriyanı davam etdirən Ağdam klubu bu görüşdən qələbə ilə ayrılıb, cavab oyununda daha rahat nəfəs almağa çalışacaq. Yuri Syominin komandası isə çempionatda qalib gələ bilmədiyi komanda üzərində qalibiyyəti kubokda bayram etməyə çalışacaq. Qəbələ təmsilçisi bu görüşdə "Qarabağ" sindromunu sındırmağa çalışacaq. Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok oyunlarında indiyədək qalib gələ bilməyib. Baş tutan 4 oyunun hamısı heç-heçə başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində “Qarabağ” mərhələ adlayıb. Komandalarda top sayı isə eynidi - 3:3. Onu da xatırladaq ki, "Qəbələ" bu mərhələyə gəlmək üçün "Mil-Muğan"a (2:1), "Qarabağ" isə AZAL-a (1:0) qalib gəlib.
Günün növbəti qarşılaşmasında "Rəvan" "Bayıl Arena"da "Bakı" ilə üz-üzə gələcək. "Rəvan" kubokun öncəki turunda "Qaradağ Lökbatan"ı 5:2 hesabı ilə məğlubiyyətə uğradaraq 1/4 final mərhələsinə vəsiqə qazanmışdı. "Bakı" isə "Sumqayıt" üzərində 2:1 hesablı qələbəyə nail olmuşdu. Cütlüklər kubok yarışlarında cəmi bir dəfə üz-üzə gəlib. 2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər seriyası həll etmişdi. Həmin vaxt “Bakı” mərhələ adlamışdı. 0:0 hesabı ilə bitən matçın penaltilər seriyasında "Bakı" 3:2 hesablı qələbəyə sevinmişdi. Premyer Liqada isə cütlüklər arasında daha maraqlı statistika diqqəti cəlb edir. 8 dəfə qarşılaşan Bakı klublarının duellərində tendensiya formalaşıb. Paytaxtın eyni adlı təmsilçisi ev oyunlarında qələbə qazanır, səfər oyunlarında isə bərabərlik qeydə alınır. Tarixində rəqibini uda bilməyən “Rəvan” səfərdə xala həsrət qalıb. Lakin son turlarda inamlı oyun nümayiş etdirən Güvənç Kurtarın yetirmələri evdə uduzmamağa çalışacaq. Turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "Bakı" da Avropaya gedən ən asan yolun kubok olduğunu bildiyi üçün qələbəyə çalışacaq. Oyunun favoritinin "Bakı" olduğunu qeyd etmək olar. Lakin hər şey iki 90 dəqiqənin sonunda məlum olacaq. Görüşü maraqlı edən digər bir amil isə hər iki paytaxt klubunun baş məşqçisinin əcnəbi olmasıdı. Belə ki, Milinko Pantiç serb, Güvənç Kurtar isə türkiyəli mütəxəssisdi.
Bu qarşılaşma ilə eyni saatda "Araz Naxçıvan" - "Xəzər Lənkəran" görüşü start götürəcək. Bu görüşdə rəqiblər ilk dəfə üz-üzə gələcək. Bu mərhələyə gəlmək üçün Naxçıvan klubu 1/16 final mərhələsində "Ağsu"nu (1:0), 1/8 final mərhələsində isə elita təmsilçisi olan "Simurq"u (0:0; penaltilərlə 4:2) yarışdan kənarlaşdırmağı bacarmışdı. Mustafa Dənizlinin komandası isə yalnız "Neftçala" üzərində inamlı qələbə qazanıb - 4:0. "Araz Naxçıvan"ın bu il yarandığını nəzərə alsaq, komandanın 1-ci divizionda göstərdiyi nəticəni qiymətləndirməmək olmaz. Kubokda isə divizion təmsilçisinin bu uğurunu qənaətbəxş hesab etmək olar. Çünki kubok uğrunda yarışlarda qalan tək divizion nümayəndəsi Naxçıvan klubudu. Premyer Liqanın 7-ci pilləsində qərarlaşan "Xəzər Lənkəran" bu mövsüm demək olar ki, çempionluqdan əlini üzüb. Bu səbəbdən komandanın 10 illiyində qazanacağı tək mükafat kubok ola bilər. Həm də bu kubokun Avropaya gedən yeganə yol olduğunu nəzərə alsaq, cənub klubunu bu görüşün favoriti adlandırmaq olar.
Mərhələnin son oyununda isə iki paytaxt təmsilçisi olan "İnter" və "Neftçi" üz-üzə gələcək. Paytaxt təmsilçilərinin kubokdakı yolları 5-ci dəfə kəsişir. Əvvəlki 4 dueldən 3-də “İnter” və yalnız sonuncusunda “Neftçi” mərhələ adlayıb. 4 duel çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb. Bu heç-heçələrin 1-də isə güclünü penaltilər seriyası həll edib. Penalti zərbələrində də "bankirlər" üstün olub - 4:3. Top fərqi isə "Neftçi"nin lehinədi - 8:4. Çempionatda eyni xalla qonşu pillələrdə dayanan (3-4) komandaların çempionluq yarışlarında da maraqlı statistika diqqəti cəlb edir. Premyer Liqada keçirilən son 8 qarşılaşmada yalnız 1 dəfə uduzan “ağ-qaralar” 10 matç ərzində meydanı qolsuz tərk etməyib. Hər iki komandanın ölkə çempionluğu şanslarının az olduğunu nəzərə alsaq, komandaların kuboka daha çox diqqət ayıracağını demək olar.
Azərbaycan Kuboku, 1/4 final (ilk oyunlar)
12 mart (çərşənbə)
14:30. Qəbələ - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.
15:00. Rəvan - Bakı
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Bayıl Arena”.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Bayıl Arena”.
15:00. Araz Naxçıvan - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Naxçıvan Muxtar Respublika stadionu.
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Naxçıvan Muxtar Respublika stadionu.
19:00. İnter - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əhmədov Ramil.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu.
