12 mart 2014 12:00
Zaur Axundov: Araza azarkeşlər kömək edə bilər
Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov UEFA Kubokunun Dördlər finalının püşkatması ərəfəsində “Araz”a yarışda uğur qazanmağa azarkeşlərin kömək edə biləcəyini hesab etdiyini bildirib. Azerisport.az xəbər verir ki, Axundov bunları söyləyib:
“Tarixdə ikinci dəfə turnirin final mərhələsinə düşməyimiz, Azərbaycanın idman ictimaiyyətinin həyatında böyük hadisə oldu. Bu, böyük uğurdur. Bunu konkret hər hansı bir adla bağlamaq düzgün olmazdı. “Araz” kollektiv oyun hesabına uğura nail olub. Yerli azarkeşlər isə komandamıza əlavə köklənmə imkanı verəcəklər”.
