12 mart 2014 11:28
Rəşad Sadıqov: Dörddəbir finalda məğlubiyyətdə qorxulu heç nə yoxdur...
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəyi oyundan və TPL-in 25-ci turu çərçivəsində “Bakı” üzərində qələbəsindən (4:0) danışıb:
- Komanda “Qəbələ”yə qarşı oyuna hazırdır?
- Komandada bəzi xırda zədələri olan futbolçular var. Ancaq ümumilikdə, biz hazırıq. Bilirik ki, “Qəbələ” mövsümün ikinci yarısına elə də yaxşı başlamayıb. Ancaq əminəm ki, Kubokda mütləq can qoyacaqlar ki, uğura nail olsunlar.

- Sizi hansı hesab qane edir?
- Qələbə qazanmaq pis olmazdı. Ancaq, məsələn, 1:2 hesablı məğlubiyyət də pis nəticə olmaz.

- Bəs növbəti mərhələyə çıxa bilməsəniz? Bu, klub tərəfindən nə dərəcədə pis qarşılanacaq?
- Qorxulu heç nə yoxdur. Hər şey yaxşı olacaq. Həmişə qalib gəlmək olmaz. Özü də, rəqibimiz heç də asan rəqib deyil. Onlar da qələbəyə oynayacaq. Belə ki, biz hər şeyə hazırıq.

- Cəmi üç gün qabaq “Qarabağ” “Bakı”nı darmadağın etdi. Belə böyükhesablı qələbə qazanacağınızı təxmin edirdiniz?
- Etiraf edim ki, gözləmirdik. Ancaq bizim komandamız çox yaxşı oynadı və vəziyyətlərindən istifadə etdi. Xüsusən, oyunumuz cərimə zərbəsindən sonra vurulmuş qoldan sonra axarına düşdü. “Bakı” da yaxşı oynadı. Onlar birinci hissəni xüsusilə şux başladılar. Ancaq sonra biz oyunu öz nəzarətimizə ala bildik.

- Bəzilərinin “Qarabağ”ın artıq çempion olması fikrini necə qəbul edirsiniz?
- Qarşıda hələ 11 tur var. Bizi “İnter”lə iki çətin oyun, “Neftçi”, “Rəvan”, “Bakı”, “Xəzər Lənkəran”, həmçinin, “Sumqayıt”a qarşı oyunlar, səfərlər gözləyir. Qarşıdakı oyunlara baxıb aydın görmək olar ki, çempionluq hələ çox uzaqdadır. Axı yalnız biz deyil, digər komandalar da xal toplaya bilər. Məsələn, “Neftçi” mövsümün sonuna qədər mübarizə aparacaq. Beləliklə, biz arxayınlaşmırıq. Çempionluq haqda heç olmasa, sona dörd-beş tur qalmış danışmaq olar. Ancaq qarşıda 11 tur var ikən, çox şey baş verə bilər.

- İnternet səhifələrində belə məlumatlara rast gəlmək olar ki, “Qarabağ” cari mövsümdə “xaricdən” dəstək sayəsində çempion olacaq. Bunlara nə cavab verərdiniz?
- Düzünü deyim, belə şeylərə diqqət vermirəm. Bu adamlar belə şeylər danışmaqdansa, diqqət etsinlər ki, son üç ildə belə şeylər daima danışılıb. Belə sözlər hətta biz çempionatın lideri olmayanda və ya liderdən beş-altı xal geridə olarkən belə, deyilib. Hər dəfə yazırdılar ki, “Qarabağ”ı çempion etmək istəyirlər. Biz bunları kimin etdiyini bilirik. Bu adamlar bizə, hakimlərə təzyiq göstərmək istəyirlər ki, öz rəhbərliyi qarşısında yaxşı görünsünlər. Şəxsən biz, kimsə bizə qalib gələndə, heç zaman artıq-əskik danışmamışıq. Özünüz təhqiq edin, görün bu haqda kim danışır: həmişə eyni adamlar. Bəli, bəzən lə olur ki, hakimlər bizim xeyrimizə səhvlər edir. Ancaq onlar, həmçinin, rəqibin də xeyrinə yanılırlar. Onları günahlandırmaq olmaz. Onlar da insandır.