12 mart 2014 11:00
Araz - Xəzər Lənkəran görüşü anşlaq olacaq
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz Naxçıvan” və “Xəzər Lənkəran” klublarının görüşündə anşlaq olacaq. Azerisport.az xəbər verir ki, satışa çıxarılan biletlərin çoxu satılıb.
Son məlumatlara görə satışda 400 bilet qalıb. Qeyd edək ki, Naxçıvandakı stadion 12800 azarkeşi qəbul edə bilər.
