12 mart 2014 20:20
Barselonanın idman direktoru: Araz haqda məlumat toplamışıq
“Barselona”nın idman direktoru Xavi O’Kallaqan futzal üzrə UEFA Kubokunun Dördlər Finalının püşkatmasından sonra komandasının rəqibi olacaq “Araz” haqda məlumat topladığını azerisport.az saytına bildirib:
“Biz “Araz”ı güclü rəqib hesab edirik. Məşqçilərimiz komandanız haqda məlumat toplayıb. Bilirəm ki, klub Azərbaycan yığması üçün baza təşkil edir. Bir çox futzalçılar ilin əvvəlində AÇ-də oynayıblar. Komandanız haqda daha ətraflı “Barselona”nın məşqçisi bilir”.
