12 mart 2014 18:33
Əsgər Abdullayev: Lənkərandakı oyun da asan olmayacaq
“Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Xəzər Lənkəran”a qarşı keçirdiyi oyundan (1:1) sonra, oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Abdullayev bunları söyləyib:
“Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadır. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram”.
(PFL)
