12 mart 2014 18:22
Elxan Məmmədov: İtaliya yığması ilə yeni Olimpiya stadionunda oynayacağımız məlum deyil
AFFA-nın baş katibi Elxan Məmmədov tikintisi hazırda davam edən və 2015-ci ildə başa çatacaq Olimpiya stadionunda AÇ-2016-nın təsnifat oyunları çərçivəsində İtaliya yığmasını qəbul edə bilmək ehtimalına toxunub. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“İtaliya yığmasına qarşı oyunu keçirməyə ilk namizəd Tofiq Bəhramov adına Respublika stadionudur. İkinci nömrə altına “Bakcell Arena” dayanıb. Çünki, bu müddətə, Avropa oyunları-2015-dən sonra UEFA təmsilçilərinin yeni Olimpiya stadionunu qitə futbol qurumunun bayrağı altında oyunlar keçirməyə təsdiqləyəcəyi hazırda məlum deyil. Əgər bu, təsdiqlənsə, İtaliya yığmasına qarşı oyunu orada keçirəcəyik”.
