12 mart 2014 17:55
Milinko Pantiç: Hələ heç nə həllini tapmayıb
“Bakı”nın baş məşqçisi Milinko Pantiç ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Rəvan”a qarşı keçirdiyi oyundan (1:0) sonra, oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Bu qələbəyə şadam. Ancaq hələ heç nə həllini tapmayıb. Əminəm ki, cavab oyununda “Rəvan” daha açıq oynayacaq. İndi bizim fikirlərimiz qarşıdakı çempionat oyununa yönəlib”.
