12 mart 2014 17:48
Güvənc Kurtar: Cavab oyununda Bakını məğlub edə biləcək gücdəyik
“Rəvan”nın baş məşqçisi Güvənc Kurtar ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Bakı”ya qarşı keçirdiyi oyundan (0:1) sonra, oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Hər hansı nəticə çıxarmaq hələ tezdir. İtkilərə rəğmən, yetirmələrimin meydandakı fəaliyyəti xoşuma gəldi. Biz “Bakı”nı məğlub edə bilərik. Hakimlik? Hakimlik çox yaxşı idi. Ancaq son dəqiqələrdə “Bakı”nın qapısına penalti təyin etmək lazım idi. Yan xətt hakimi baş hakimə kömək etməli idi. Bizim şanslarımıza gəlincə, əminəm ki, cavab oyununda “Bakı”nı məğlub edə biləcək gücdəyik”.
