12 mart 2014 17:22
Yuri Syomin: Nəticəni pis saymıram
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Qarabağ”a qarşı keçirdiyi oyundan (0:0) sonra, oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Azərbaycan futbolunun iki liderinə qarşı ardıcıl oyunlar keçirmək həm fiziki, həm də psixoloji cəhətdən çətindir. Kubokda hər mərhələ iki oyundan ibarət olduğu üçün nəticəni pis saymıram. 3 gündən bir oynasaq da, komanda pis oyun göstərmədi”.
(PFL)
