12 mart 2014 17:17
Qurban Qurbanov: 0:0 pis nəticə deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Qəbələ”yə qarşı keçirdiyi oyundan (0:0) sonra, oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Əsl kubok oyunu oldu, hər iki komanda ehtiyatlı oynadı. Komandalar səhvsiz oynamağa çalışırdı, ona görə də müdafiədə boşluqlar olmadı. 0:0 pis nəticə deyil, qalib cavab oyununda bilinəcək. Yaxşı komandaya və məşqçiyə qarşı mübarizə apardıq”.
(PFL)
