12 mart 2014 17:11
Zaur Axundov: Araz və Barselonanın şansları bərabərdir
Milli futzal federasiyasının prezidenti Zaur Axundov futzal üzrə UEFA Kubokunun Dördlər finalının püşkatmasının nəticələri barədə fikrini bildirib. Azerisport.az xəbər verir ki, Axundov bunları söyləyib:
“Hər iki komandanın şansları bərabərdir. Burada, ümumiyyətlə, yarışın bütün iştirakçıları yüksək səviyyəli komandalardır. Ancaq biz “Barselona” ilə deyil, “Dinamo” ilə qarşılaşmaq istəyirdik. Hər halda, “Araz”ın qarşısında finala yüksəlmək tapşırığı qoyulub”.
