12 mart 2014 16:55
Elxan Məmmədov: Azərbaycan yığmasının ikinci rəqibi ilə hələ müəyyənləşməmişik
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, federasiya millimizin ABŞ toplanışı çərçivəsində rəqibi olacaq ikinci komanda ilə bağlı hələ müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Biz hələ ikinci rəqiblə bağlı müəyyənləşməmişik. Bu müddətdə ABŞ-da çoxlu yığmalar olacaq. Bildiyiniz kimi, ABŞ yığması ilə San-Fransiskoda oynayacağıq. Əgər yaxınlıqda hər hansı komanda məskunlaşsa, onlardan biri ilə oynamaq olar. Hazırda yalnız bir rəqib müəyyənləşib. Millimizin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannla tanışlığı, AFFA ilə ABŞ futbol federasiyası arasında razılıq əldə edilməsində vacib rol oynadı”.
