12 mart 2014 16:40

Berti Foqts: Araz üçün Barselonanı çıxardım, çünki Kayrat və Dinamo güclüdür

Millimizin baş məşqçisi Berti Foqts futzal üzrə UEFA Kubokunun Dördlər finalının püşkatması haqda danışmaqla yanaşı, millinin may ayının 28-də ABŞ yığmasına qarşı keçirəcəyi oyun haqda fikrini bildirib. Azerisport.az Foqtsun müsahibəsini diqqətinizə çatdırır:
“Araz adı mənə yaxındır. Çünki yığmada da Araz oynayır. Mən ümid edirəm ki, “Barselona” finalsız qalıb geriyə, evinə yollanacaq”, deyə Foqts sözə başlayıb.
- Nə üçün “Araz”a “Barselona”nı rəqib çıxardınız?
- Mən eşitmişəm ki, futzalda “Barselona” böyük futbolda olduğu kimi güclü deyil. Mənə dedilər ki, “Dinamo” və “Kayrat” daha güclü olar. Buna görə də “Barsa”nı çıxardım. “Araz”ın finala çıxmaq üçün yaxşı şansları var. Mən onlara bu işdə uğurlar diləyirəm.
- Siz nə vaxtsa “Araz”ın oyunlarını görmüsünüz?
- Filippinə qarşı oyunun ikinci hissəsində görmüşəm (gülümsəyir).
- Yaxınlarda məlum oldu ki, may ayının 28-də San-Fransiskoda keçiriləcək yoldaşlıq oyununda Azərbaycan yığmasını rəqibi ABŞ yığması olacaq.
- Bu, çox yaxşı, ciddi rəqibdir. ABŞ toplanışına ilk növbədə Azərbaycan Kubokunun finalında oynamayacaq futbolçular yollanacaq. Finalda oynayacaq futbolçular komandaya final oyunundan sonradan qoşulacaq. Komanda artıq iyun ayının 2-də evə dönəcək. Bu, yaxşı bir toplanış olacaq. Ümid edirəm ki, qarşıdakı üç-dörd ildə amerikalılarla Bakıda cavab görüşü keçiriləcək. Ancaq bilmirəm ki, bu məqam, AFFA ilə ABŞ futbol federasiyası arasında danışılıbmı.
- Oyundan nə gözləyirsiniz?
- Əla oyun olacaq. San-Fransiskoya yolumuz uzun olacaq. Ancaq buna dəyər. Gənc futbolçular üçün bu, yaxşı təcrübə olacaq.
- Bəs may ayında ABŞ-da millinin ikinci rəqibi kim olacaq?
- Tələsməyək. Hələlik, deyə bilmərəm. Amerikada 15 yığma olacaq. Biz rəqib tapacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.