12 mart 2014 16:05
Barselonanın idman direktoru: Araza qarşı çətin olacaq
“Barselona”nın idman direktoru Xavi O’Kallaqan futzal üzrə UEFA Kubokunun Dördlər Finalının püşkatmasından sonra komandasının rəqibi olacaq “Araz” haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, O’Kallaqan bunları söyləyib:
“Final mərhələsini meydan sahibinə qarşı oyundan başlamaq maraqlıdır. Bütün komandalar güclüdür. Biz “Araz”a hörmətlə yanaşırıq. Bilirik ki, Azərbaycan komandasına qarşı çətin olacaq. Güclü qalib gələcək”.
