12 mart 2014 15:33
UEFA təmsilçisi: Əminəm ki, Dördlər finalı Azərbaycanda uğurla keçiriləcək
UEFA təmsilçisi Maykl Salzer futzal üzrə UEFA Kubokunun Dördlər Finalının püşkatması ərəfəsində yarışın final mərhələsinin Bakıda keçirilməsi haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, Salzer bunları söyləyib:
“UEFA prezidenti Mişel Platini adından sizləri salamlayıram. Əminəm ki, yarış Azərbaycanda uğurla keçiriləcək. UEFA Kuboku uğrunda 48 klub mübarizəyə qoşuldu. Final mərhələsinə cəmi dörd komanda gəlib çatdı. Bu gün biz yarımfinal cütlərini tanıyacağıq”.
