12 mart 2014 15:28
Elxan Məmmədov: UEFA Kubokunun Dördlər Finalının Bakıda keçirilməsi son dərəcə əhəmiyyətli hadisədir
AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə UEFA Kubokunun Dördlər Finalının püşkatması ərəfəsində yarışın final mərhələsinin Bakıda keçirilməsi haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“UEFA Kubokunun Dördlər Finalının Bakıda keçirilməsi son dərəcə əhəmiyyətli hadisədir. Bu, Azərbaycan üçün şərəfdir. Biz final mərhələsini keçirmək hüququnu əldə etdiyimiz üçün UEFA-ya minnətdarıq. Əvvəlləri biz Azərbaycanda 17 yaşa qədər qızlar arasında dünya çempionatını keçirmişik. Qarşıda bizi Avropa Oyunları, yeniyetmələr arasında (U-17) Avropa çempionatı gözləyir. “Araz”a uğurlar, yarışın finalına çıxmağı arzu edirik. Həmçinin, yarışın bütün iştirakçılarına uğurlar diləyirik”.
