12 mart 2014 15:00
Rəşad Sadıqov: Foqts bildirib ki, təsnifat qrupunda üçüncü yerdən aşağı heç nə, bizi qane etməyəcək
Millimizin kapitanı Rəşad Sadıqov azerisport.az saytına açıqlamasında ABŞ yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini açıqlayıb:
“ABŞ yığması yaxşı, güclü komandadır. AÇ-2016-nın təsnifat mərhələsinə başlayacağımız Bolqarıstan yığması ilə oyun ərəfəsində, elə münasib rəqibdir. Bu oyuna yaxşı hazırlaşmalıyıq. Çox vacibdir ki, rəqib Bolqarıstan yığmasının səviyyəsinə uyğun olsun. Bizə təsnifat mərhələsinə hazırlaşmaq üçün belə oyunlar lazımdır”.
Kapitan həmçinin, millinin son toplanışı zamanı baş məşqçi Berti Foqtsun təsnifat mərhələsinə məqsədlərini açıqlayıb: “Əgər biz ev oyunlarında müsbət nəticələrə imza atsaq, sonda yekun nəticəyə ümid edə bilərik. Dubay toplanışında Foqts bildirib ki, təsnifat qrupunda üçüncü yerdən aşağı heç nə, bizi qane etməyəcək”.
