12 mart 2014 14:40
Ruslan Əmircanov: İnter Azərbaycan Kubokunu qazanmağa iddialıdır
"İnter"in futbolçusu Ruslan Əmircanov azerisport.az saytına müsahibəsində “Neftçi”yə qarşı görüşdən, Flavinyodan, “Qarabağ”ın çempionluq şanslarından danışıb:
- “Neftçi”yə qarşı 1/4 finalın ilk matçı paytaxt derbisi olacaq. Azərbaycan çempionuna qarşı necə hazırlaşırsınız?
- Oyuna hazırlıq plan üzrə gedir. Futbolçular böyük həvəslə “Neftçi” ilə matçı gözləyir. Başa düşürük ki, bu komanda ilə oyunlarımız hər zaman çətin alınıb. İlk oyun bizim stadionumuzda olduğu üçün qol buraxmayıb, əvəzində fərqlənməyə çalışacağıq. Əsas məqsəd, qələbə qazanmaqdır. İlk oyunda qələbə qazanmalıyıq ki, cavab matçına rahat yollanaq.
- Bəziləri “İnter”lə “Neftçi”nin oyununu xüsusi matç kimi qiymətləndirir. Yəni, qalib artıq yarımfinalda olacaq və kuboka bir qədər də yaxınlaşacaq...
- Biz bu oyuna adi qaydada hazırlaşırıq. Əvvəlki turda “Sumqayıt”la matça necə hazırlaşmışıqsa, indi bu oyuna da elə hazırlaşırıq. Bizim üçün rəqibin fərqi yoxdur. “Neftçi” güclü rəqibdir. Bu komandanı asanlıqla məğlub etmək olmur. Gərək çətinlik çəkəsən. 1:0 və ya 2:1 hesablı qələbə də, pis nəticə sayılmayacaq. Əsas, qələbədir.
- “Neftçi”nin “Qəbələ”yə qarşı səfər matçını izləmisən?
- “Neftçi” çox gözəl mübarizə sərgilədi. Bəziləri bu komandanı siyahıdan silmişdi. Amma səfərdə mübariz oyunla layiqli qələbə qazandılar. Çoxları “Neftçi”nin səfərdə qələbə qazanacağına inanmırdı. Bu qələbə ilə ağ-qaralar yenidən liderlik uğrunda mübarizə apardıqlarını sübut etdi. “Neftçi”yə qarşı oynamaq, hər zaman çətin olub. Bunu hamı bilir.
- Rəqibin heyətində hansı futbolçunu fərqləndirə bilərsən?
- “Neftçi”nin heyətində zəif futbolçu yoxdur. O qədər olub ki, ehtiyat skamyadan oyuna daxil olub və görüşün taleyini həll edib. Elə götürək Mirhüseyn Seyidovu. Bu futbolçu bir müddət ehtiyatda qalırdı. Son 2-3 oyundur, meydanda nələr etdiyini hamı görür. Qol vurur, məhsuldar ötürmə verir. Sanki Mirhüseyn komandanın lideridir. Ona görə demək istəyirik ki, “Neftçi”də zəif futbolçu yoxdur. Bəzi futbolçuları cəzalı olsa belə, “Neftçi” güclüdür. Son oyunda Bahodir Nəsimov dubl etdi. Çoxdandır qol vurmurdu, amma indi formadadır.
- Statistika “Neftçi”nin “İnter” üçün arzuolunmaz rəqib olduğunu göstərir...
- Neftçiyə qarşı heç bir sindrom yoxdur. Yadınızdadırsa, çempionatda onlar bizi 3:-1 hesabı ilə məğlub etmişdi. Sonra eyni hesabla biz onlara qalib gəldik. Son görüşdə 2:1 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə ilə barışdıq. Yəni, “Neftçi” ilə “İnter” bir-birilərinə layiqli rəqibdir.
- “İnter” turnir cədvəlində liderdən 10 xal geri qalır. Demək olar ki, bundan sonra ilk üçlükdə möhkəmlənməyə çalışacaqsınız...
- Bəziləri “Qarabağ”ı artıq çempion hesab edir. Etiraf edirəm ki, bu komanda layiqli olaraq liderdir. Çempionluğa layiqli oyun sərgiləyir. Amma sona 3-4 tur deyil, 11 tur qalıb. Bu 11 tur zamanı klubların yeri çox dəyişə bilər. Heç bir komanda yerini sona qədər qoruyacağına əmin ola bilməz. “Qarabağ” hələ çempionluğu qazanmayıb. Necə digər klublar gümüş və bürünc medalları təmin etməyib. Bizim məqsədimiz, sona qədər mübarizə aparmaqdır. “İnter”in də, “Qəbələ”nin də irəliləmək şansları var.
- “İnter” üçün həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olmayacaq?
- Mövsümün əvvəlini yadınıza salın. Ardıcıl 7-8 tur xal itirdik. Son pillələrdə qərarlaşmışdıq. Məşqçimizin sayəsində özümüzü toparladıq. “İnter”in futbolçuları fiziki cəhətdən yaxşı hazırlıqlıdır. Ona görə, biz hər iki cəbhədə yarışa bilərik. Kuboku qazanmaq istəyimizi unutmuruq. “İnter” Azərbaycan Kubokunu qazanmağa iddialıdır.