12 mart 2014 13:11
Azərbaycan FIFA reytinqində yüksəlir
Azərbaycan FIFA reytinqində göstəricilərini yaxşılaşdıracaq. Azerisport.az xəbər verir ki, millimiz mart ayında 91-ci pillədə qərarlaşacaq. Bu, fevral ayı ilə müqayisədə iki pillə yuxarıdır.
Bununla belə, Filippin yığması üzərində 1:0 hesablı qələbəyə rəğmən, Berti Foqtsun yetirmələri üç xal itirəcək.
