11 mart 2014 00:22
Mustafa Dənizli: Araz Naxçıvan haqda məlumat toplayırıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli azerisport.az saytına açıqlamasında komandasının ölkə kubokunun ilk dörddəbir final oyunu çərçivəsində “Araz Naxçıvan”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
“Biz rəqib haqda məlumat toplayırıq. Azərbaycan Kuboku bizim üçün çox vacibdir. Ən azı finala çıxmaq uğrunda mübarizə aparırıq. Bu, bizə mövsümü yüksək notda bitirməyə kömək edəcək”.
