11 mart 2014 12:10
Qarabağ Qəbələyə yollanır
"Qarabağ" kubok mücadiləsinə yönəlib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın sonuncu turunda "Bakı"nı 4:0 hesabıyla məğlub edən komanda dərhal hazırlığa başlayıb.
Ölkə kubokunun ¼ final mərhələsində "Qəbələ"nin qonağı olacaq komanda bu gün yeganə çalışma gerçəkləşdirib Qəbələyə yollanacaq.
Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab görüşü 1 həftə sonra martın 19-unda baş tutacaq.