11 mart 2014 11:24
Miloş Adamoviçdən yubiley qolu
Topaz Premyer Liqasının XXV turunda “Xəzər Lənkəran”ı 2 qolla məğlub edən (2:1) “Rəvan” güclülər sırasında keçirdiyi 3-cü mövsümündə 25-ci qələbəsini qazanıb və 100-cü qolunu vurub.
Azerisport.az xəbər verir ki, bakılılar ilk qələbəsini 2011-ci il sentyabrın 23-də səfərdə “Turan”ı minimal hesabla məğlub etməklə qazanıb - 1:0.
Miloş Adamoviçin yubiley qələbəsini gətirən qolu komandası üçün 100-cü olub. “Rəvan”ın Premyer Liqadakı ilk qolunu isə 2011-ci il avqustun 6-da “Kəpəz”lə səfər oyununun (2:3) 37-ci dəqiqəsində Con Pelu vurub.
|
2011/12 |
32 |
10 |
11 |
11 |
39-39 |
41 |
|
2012/13 |
32 |
12 |
4 |
16 |
46-51* |
40 |
|
2013/14 |
25 |
3 |
8 |
14 |
15-43 |
17 |
|
Cəmi |
89 |
25 |
23 |
41 |
100-133 |
98 |
* - texniki məğlubiyyət top fərqində nəzərə alınmayıb.
