11 mart 2014 11:06
Rəşad Abdullayev 300-ə çatdı
Topaz Premyer Liqasının 25-ci turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Simurq”la qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxmaqla Azərbaycan çempionatlarında yubiley – 300-cü matçına çıxıb.
Hazırda karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında bu göstəricidə rekordçu olan Abdullayev 300-ə 14-cü mövsümdə çatıb. 1999/2000 mövsümündə çempionatda debüt edən yarımmüdafiəçi çıxış etdiyi 6 klubda ümumilikdə 300 matç keçirib.
|
mövsüm
|
klub
|
oyun
|
qol
|
|
1999/2000
|
Xəzər Universiteti (Bakı)
|
6
|
1
|
|
2000/01
|
Xəzər Universiteti (Bakı)
|
18
|
3
|
|
2001/02
|
Xəzər Universiteti (Bakı)
|
21
|
5
|
|
2003/04
|
Xəzər Universiteti (Bakı)
|
15
|
3
|
|
2004/05
|
Xəzər Lənkəran
|
26
|
2
|
|
2005/06
|
Xəzər Lənkəran
|
24
|
-
|
|
2006/07
|
Xəzər Lənkəran
|
23
|
4
|
|
2007/08
|
Xəzər Lənkəran
|
24
|
4
|
|
2008/09
|
Xəzər Lənkəran
|
18
|
2
|
|
2009/10
|
Neftçi (Bakı)
|
26
|
2
|
|
2010/11
|
Neftçi (Bakı)
|
26
|
7
|
|
2011/12
|
Neftçi (Bakı)
|
27
|
7
|
|
2012/13
|
Qəbələ
|
25
|
5
|
|
2013/14
|
Rəvan (Bakı)
|
16
|
-
|
|
2013/14
|
AZAL (Bakı)
|
5
|
-
|
|
|
Cəmi
|
300
|
45
|
Rəşad Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 12-ci futbolçu olub. Ona qədər 300-ü arxada qoyanların hamısı artıq karyeralarını başa vurublar. Bu üzdən 33 yaşlı yarımmüdafiəçi “12-lik”də daha da irəliləmək imkanına malikdir. Siyahıya isə çempionatların mütləq rekordçusu Mahmud Qurbanov başçılıq edir – 421 oyun.
|
№
|
futbolçu
|
mövsüm
|
klub
|
oyun
|
|
1.
|
Mahmud Qurbanov
|
20
|
7
|
421
|
|
2.
|
Azər Məmmədov
|
21
|
7
|
388
|
|
3.
|
Aslan Kərimov
|
19
|
6
|
382
|
|
4.
|
Aqil Məmmədov
|
19
|
9
|
364
|
|
5.
|
İsmayıl Məmmədov
|
17
|
9
|
351
|
|
6.
|
Kənan Kərimov
|
19
|
10
|
327
|
|
7.
|
Nadir Nəbiyev
|
15
|
4
|
316
|
|
8.
|
Mübariz Orucov
|
15
|
5
|
311
|
|
9.
|
Müşfiq Hüseynov
|
14
|
4
|
305
|
|
10.
|
Ədəhim Niftəliyev
|
17
|
8
|
303
|
|
11.
|
Kamal Quliyev
|
16
|
5
|
302
|
|
12.
|
Rəşad Abdullayev
|
14
|
6
|
300
|
