11 mart 2014 21:11
Fərcad-Azad Sumqayıta kömək edə bilməyəcək
“Sumqayıt” TPL-in 26-cı turunda qarşılaşacağı “Xəzər Lənkəran”a qarşı oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, “kimyaçılar”ın düşərgəsində itkilər var.
Uğur Pamuk xəstələnib və o, zədəli Pərdis Fərcad-Azadla birgə ümumi qrupdan ayrı məşq edib. Pamukun sabah keçiriləcək oyunda iştirakı mümkündürsə, Fərcad-Azadın bu oyunda iştirakı sual olaraq qalır.
