11 mart 2014 17:44

Əsgər Abdullayev: 0:0 hesabı məhsuldar heç-heçədən yaxşıdır

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunun 1/4 final görüşündən, “Xəzər Lənkəran”dan və şanslardan danışıb:

- Azərbaycan Kubokunun 1/4 finalında “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Komandanızın hazırlığı hansı səviyyədədir?
- Məşqlərimiz davam edir. Kubok matçına daha diqqətlə hazırlaşmağa çalışırıq. Heyətdə yalnız David Canalidze zədəlidir. Digər futbolçular hazırlıqda iştirak edir. Başa düşürük ki, oyun çətin olacaq. Lakin heç bir rəqibdən qorxmuruq və çəkinmirik. Rəqibə hörmətlə yanaşırıq. Doğma Naxçıvanda sərfəli nəticə qazanmağa iddialıyıq.

- Kubokun ilk matçında əsas məqsədiniz nə olacaq?
- Düz qeyd etdiniz. İki oyundan ibarət olduğu üçün hər bir görüşün ayrı hökmü ola bilər. “Xəzər Lənkəran” güclü komandadır. Heyət və oyun baxımından Premyer Liqanın güclü klublarından biridir. 10 ilin komandasıdır. Çempionatda yaxşı çıxış etməməsi bizi aldatmamalıdır. Mustafa Dənizlinin heyətində kifayət qədər təcrübəli və istənilən oyunun taleyini həll edəcək futbolçular var. Bu mənada, qol buraxmamağa çalışmalıyıq. 90 dəqiqə müdafiədə oturmaq fikrimiz də yoxdur.

- Sərfəli nəticə dedikdə, nəyi nəzərdə tutursunuz?
- Yaxşı olar ki, biz qol vuraq. Çünki, Lənkəranda belə şanslarımız az olacaq. 0:0 hesabı bəlkə kimlər üçünsə yaxşı nəticə deyil. Amma indiki halda 0:0, həm 1:1, həm də 2:2 hesabından yaxşıdır.

- “Araz”ın şansları aşağı qiymətləndirilir...
- “Xəzər Lənkəran” favorit ola bilər. Amma mən komandama inanıram. Şanslarımız az olsa da, var. Kiçik şans, özü də şansdır. Futbolçularla söhbətdə bu görüşün bizim üçün vacib olduğunu demişəm. Gərək, hər kəs özünü göstərməyə çalışsın. Bununla, biz həm də gələcəkdə Premyer Liqada mübarizə aparmağa layiq olduğumuzu göstərə bilərik. Matç haqda proqnoz vermək istəmirəm. Hər bir şansı dəyərləndirməliyik.

- Mustafa Dənizlinin gəlişindən sonra komanda çox dəyişib?
- “Xəzər Lənkəran” qış fasiləsindən sonra tam fərqli futbol oynayır. Biz onların fevralda keçirdiyi görüşlərə baxmışıq. Komanda yüksəlişdədir. Ola bilər, çempionatda liderlərdən uzaq olsun. Bu heç də komandanın zəif olması, demək deyil. “Xəzər Lənkəran” hər zaman “Xəzər Lənkəran”dır. Dənizlinin gəlişi komandanı oyatdı. Bir müddət sonra daha yaxşı oyun sərgiləyəcəklər.

- Bu dueli həm də məşqçilərin mübarizəsi adlandırmaq olar?
- Bu, Azərbaycan Kuboku matçıdır. Ona görə meydanda iki komanda yarışacaq. İki məşqçinin taktikasını izləyəcəyik. Amma bunu məşqçilərin dueli adlandırmaq düzgün deyil. 

- Sizin üçün də “Araz”ın Azərbaycan Kubokunda yarımfinala çıxması sensasiya sayılacaq?
- Qalib iki oyundan sonra məlum olacaq. Belə olan halda, təsadüf ola bilməz. Mən başqa klublarda işləyəndə nəticələrimizə sürpriz adı verirdilər. Sürpriz futbolda olmur. Sürpriz “Kinder” yumurtalarında olur. “Araz” yarımfinala çıxsa, deməli mübarizəni davam etdirməyə layiq oyun sərgiləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.