11 mart 2014 17:33

Qəbələ Lionla əməkdaşlığa başlayır

“Qəbələ”  Futbol  Akademiyasının məşqçi  heyəti nəzəri  və praktiki  biliklərinin  artırılması məqsədilə daha  bir  işgüzar  səfərə çıxacaqlar. Azerisport.az xəbər verir ki, klub akademiyasının  nümayəndə heyəti martın 12-dən 17-dək  Fransanın  “Lion”  klubunun qonağı  olacaq.
Nümayəndə heyətinin  tərkibinə  “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı  direktoru  Stenli  Brard  və  onun müavini Nail  Kərimov,  eləcə  də,  akademiyanın  yuxarı  yaş  qruplarında  çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.
Səfər  proqramı  “Qəbələ” məşqçilərinin  işgüzar  gəzintisinin maraqlı  və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələrimiz səfər zamanı Lion klubunun  futbol akademiyasının  fəaliyyəti  ilə  tanış olacaq, müxtəlif yaş qruplarının  məşqlərini  izləyəcək  və  yerli  mütəxəssislərlə  təcrübə  mübadiləsi aparacaqlar.
Bundan  başqa, klub nümayəndələri Fransa  klubunun  əsas  komandasının 2 matçını canlı izləyəcəklər. Onlar Fransa çempionatının “Lion” - “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” - “Viktoriya” (Plzen, Çexiya) matçına yerli arenada tamaşa edəcəklər.
Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı  5  klub  sırasındadır.  “Lion”nun  futbol  akademiyası  Avropa  ölkələrinə peşəkar  futbolçu  ixracına  görə  “Barselona”dan  sonra  ikinci  sıradadır. Dəfələrlə  Fransa  çempionatının  qalibi  olmuş  və  ölkə  kubokunu  qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub. Bu  baxımdan,  Avropanın  ən  öncül  akademiyasında  olmaq,  burada görülən  işlərlə yaxından  tanış olmaq “Qəbələ”li mütəxəssislər üçün çox  faydalı olacaq.
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.