11 mart 2014 17:00
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının püşkatması baş tutacaq
Martın 12-i 14:30-da, Hilton otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, püşkatmadan dərhal sonra mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, ”Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları aprelin 24-də və 26-da keçiriləcək.
(AFFA)
