11 mart 2014 16:55
TPL-də 4 turun keçirilmə vaxtı dəyişdirildi, Kubokun finalı tarixinə aydınlıq gəldi
Azərbaycan A milli komandasının təlim-məşq toplanışını və 27 may 2014-cü il tarixində ABŞ milli komandası ilə keçirəcəyi yoxlama oyununu nəzərə alaraq Topaz Premyer Liqasının təqvimində dəyişikliklər edilib. Azerisport.az dəyişiklikləri diqqətinizə çatdırır:
1. 33-cü turun bütün oyunları 2 may 2014-cü il;
2. 34-cü turun bütün oyunları 7 may 2014-cü il;
3. 35-ci turun bütün oyunları 12 may 2014-cü il;
4. 36-cı turun bütün oyunları 17 may 2014-cü il tarixində keçiriləcək.
22-ci Azərbaycan kubokunun final oyunu isə 22 may 2014-cü il tarixində baş tutacaq.
(PFL)
