11 mart 2014 16:13
Elnur Allahverdiyev Qəbələyə Kubok mübarizəsində kömək edə bilməyəcək
“Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyunda “radarlara”a kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, futbolçunun ötən mövsümdə Kubokun final oyunundan sonra aldığı altı oyunluq cəza, komandası finala çıxsa belə, Allahverdiyevə bu mövsüm Kubok mübarizəsində iştirak imkanı verməyəcək.
