11 mart 2014 15:33
İntizam komitəsi həvəskarları da cərimələdi
AFFA İntizam komitəsi futbol üzrə müxtəlif kateqoriyalı yarışların son turu çərçivəsində keçirilmiş oyunlarda baş vermiş neqativ hallara dair cərimə və cəzaları açıqlayıb. Azerisport.az AFFA İK-nın qərarlarını diqqətinizə çatdırır:
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “İnci” - “Akkord” matçının 30-cu dəqiqəsində “Akkord” klubunun 5 №-li futbolçusu Tural İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Xudafərin” - “Ulduz” matçının 25-ci dəqiqəsində “Xudafərin” klubunun 16 №-li futbolçusu Pünhan Nəbiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Çingiz” - “Baku Fire” matçının 21-ci dəqiqəsində “Çingiz” klubunun 17 №-li futbolçusu Ramil Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
Oyunun 24-cü dəqiqəsində “Baku Fire” klubunun 7 №-li futbolçusu Emin Kərimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
8 mart 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Balaxanı” - “Kinq” matçının 43-cü dəqiqəsində “Kinq” klubunun 77 №-li futbolçusu Pərviz Abuzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.
8 mart 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “İtands” - “Rabitə” matçı başa çatdıqdan sonra “Rabitə” klubunun 7 №-li futbolçusu Emin Ulyanov hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
(AFFA)
