11 mart 2014 15:15
Əvəzedicilər son turda 100 manatla qurtuldu
AFFA İntizam komitəsi əvəzedici heyətlər arasında çempionatın son turu çərçivəsində keçirilmiş oyunlarda baş vermiş neqativ hallara dair cərimə və cəzaları açıqlayıb. Azerisport.az AFFA İK-nın qərarlarını diqqətinizə çatdırır:
7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Sumqayıt” - “İnter” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 90 №-li futbolçusu Elmir Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
(AFFA)
