11 mart 2014 14:44

Güvənc Kurtar: Rəvan qarşısında Kuboku qazanmaq məqsədi qoyub

“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına müsahibəsində ölkə Kuboku çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyun, komandasındakı dəyişikliklər, futbolçularının mətbuatla əlaqələrinə qadağa barədə danışıb:
- “Bakı”ya qarşı oyun ərəfəsində komandada hansı ab-hava hökm sürür?
- Komandada ab-hava son dərəcədə gözəldir. Ötən turda “Xəzər Lənkəran” üzərində qələbədən (2:1) sonra rəhbərlik komandanı mükafatlandırdı. Toplanmışıq və oyuna hazırlaşırıq.
 
- Artıq üç turdur ki, komandanız məğlub olmur. Bu tərəqqinin səbəbi nədir? Bəlkə, rəhbərlik yaxşı mükafat vəd edib?
- Əgər uğur varsa, bunda bütün klubun rolu var. Əlbəttə, mükafat sonuncu yerdə getmir. Yaxşı işləyirik. Yaxşı seriyaya başlamışıq. Futbolçular göstərişlərimi yerinə yetirməyə başlayıb. Bu, meydanda əksini tapır. Ancaq biz öz yeni səviyyəmizə hələ çıxmamışıq. Komandanın yeni futbolçuları - Dmitri Kruqlov, Kamil Kopunek hələ komandaya öyrəşməlidirlər. Biz daha da yaxşı oynayacağıq.
 
- Sabah keçiriləcək oyun haqda nə düşünürsünüz?
- “Bakı” yaxşı komandadır. Ancaq biz növbəti mərhələyə keçməliyik. Maraqlı oyun olacaq. Ancaq bu komanda gücümüzə görədir. Bu yarışda uğur qazanmaq istəyirik.
 
- Doğrudan “Rəvan”ın Azərbaycan Kubokunu qazanacağını hesab edirsiniz?
- Niyə də yox? Premyer Liqanın son beş turunda biz yalnız “Qarabağ”a məğlub olmuşuq (0:2). Bu oyunda da rəqib 65-ci dəqiqəyə qədər qapımız qarşısında təhlükə yarada bilmədi. Bu oyundan sonra biz gücləndik və iştahamız da, təbii olaraq, artdı. “Xəzər Lənkəran”ı meydanda on nəfərlə qalıb məğlub etdik. Hesab edirəm ki, “Qəbələ”də iki xal itirdik. Buna qədər “İnter”ə qarşı oyunda azlıqda oynayaraq, oyuna əlavə edilmiş beşinci dəqiqədə penaltidən qol buraxdıq. Bütün bunlar, Azərbaycan futbolunun favoritləri ilə oynaya bilmək gücümüzdən xəbər verir. “Rəvan” qarşısında Kuboku qazanmaq məqsədi qoyub.
 
- Ötən ay “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yetirmələrinə KİV-lə əlaqələrə qadağa qoydu. Bundan sonra “Qarabağ” yaxşı nəticələr göstərdi. Siz bundan nümunə götürdünüz? Axı komandanız bu qadağadan sonra iki oyunu qazandı.
- Heç kimdən nümunə götürməmişəm. Sadəcə, öz təcrübəmdən bilirəm ki, pis nəticələrdən sonra futbolçuya mətbuatda kifayət qədər sərt sözlər deyilir. Bu, komandaya mənfi təsir göstərir. Bilirsiniz, hesab edirəm ki, futbolçunun işi, ilk növbədə oynamaqdır. Məşqçi qərargahının işi isə, komandanı çalışdırmaqdır. Mətbuatla isə klub rəhbərliyi fəal ünsiyyət qura bilər. Ancaq bu, o demək deyil ki, indi komanda ilə danışmaq mümkün olmayacaq. Axı biz hamımız bir sahədə işləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.