11 mart 2014 11:00
Əfran İsmayılov: Bakı həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyir
“Bakı”nın yarımmüdafiəçisi Əfran İmayılov azeripsort.az saytına müsahibəsində ölkə kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandasının “Rəvan”a qarşı keçirəcəyi oyundan və TPL-in 25-ci turunda “Qarabağ”a məğlubiyyətdən (0:4) danışıb:
- “Qarabağ”a qarşı oyunda kifayət qədər böyükhesablı məğlubiyyətlə üzləşdiniz. Oyunu necə qiymətləndirirsiniz?
- Hər şey göz qarşısında idi. Bəli, biz oyuna yaxşı başladıq. Ancaq sonra ağdamlılar tam üstünlüyü ələ keçirdilər. Hesab ədalətlidir. Sadəcə olaraq, onlar öz vəziyyətlərini qiymətləndirə bildilər. Biz isə yox.

- Siz yenə də növbəti turu buraxdınız. Yenə həmin zədə?
- Bəli. Ağrılar hiss etdim və başa düşdülər ki, oynaya bilmərəm. Ancaq indi, artıq hər şey yaxşıdır və mən qarşıdakı oyunda oynamağa hazıram.

- Sözarası, həmin oyun haqda. Arıtq sabah ölkə kubokunun ilk dörddəbir final oyunu çərçivəsində komandanızı “Rəvan”a qarşı oyun gözləyir.
- Baxmayaraq ki, rəqib çempionatın üst sıralarından deyil, bunsuz da, təhlükəli komandadır. Son turda “Xəzər Lənkəran” üzərində qələbə (2:1) göstərdi ki, “Rəvan” asan rəqib deyil.

- İlk oyunda sizi hansı nəticə qane edə bilər?
- İlk oyun hələ heç nəyi həll etmir.
- İlk oyun hələ heç nəyi həll etmir.
- “Bakı” kubok qarşılaşmasında çempionatdakı kimi mübarizə aparacaq, yoxsa kuboku qurban verəcəksiniz?
- Bizim üçün hər iki yatış vacibdir. Biz hər iki cəbhədə uğur qazanmaq istəyirik. İnanıram ki, özümüzü toplaya bilər və yaxşı tərəfdən göstərə bilərik.

- “Bakı” bu il yaxşı başladı. Ancaq son oyunlarda nəzərə çarpacaq dərəcədə yerində sayır. Səbəb nədir?
- Futbolda belə şeylər olur. Hər bir komanda qələbə qazandığı kimi, məğlub da ola bilər. Xüsusi səbəblər axtarmaq lazım deyil. Sadəcə, belə şeylər olur.

- “Rəvan”la oyundan dərhal sonra, komandanız TPL-in 26-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək oyuna hazırlaşacaq.
- Bu, kifayət qədər çətin oyun olacaq. Biz buna bacardığımız kimi yaxşı hazırlaşmalıyıq ki, münasib nəticəyə nail olaq.

- “Şəhərlilər”dən fərqli qəbələlilər mövsümün ikinci yarısını o qədər də yaxşı başlamayıblar. Bu, sizin köklənmənizdə əksini tapmayacaq?
- Ola bilər ki, bu ilə yaxşı başlamayıblar. Ancaq ikinci pillədə əbəs yerə qərarlaşmayıblar. Qarşıdakı oyuna ciddi yanaşmalıyıq. Bizə xallar qazanmaq lazımdır. Buna görə də qələbə çox vacibdir. Həmçinin, yaxşı nəticə təqdirində, bu, bizi ikinci pilləyə çıxara bilər.