11 mart 2014 13:00
Rəvan kuboka hazırlaşır
Topaz Premyer Liqasında ardıcıl 2 qələbə qazanaraq seriya yaxalayan "Rəvan” indi də diqqətini Azərbaycan Kuboku turnirinə yönəldib. Azerisport.az xəbər verir ki, komanda 1/4 final mərhələsi çərçivəsində "Bakı” ilə qarşılaçacaq. İlk oyun martın 12-də baş tutacaq ki, "Rəvan” ev sahibi qismində çıxış edəcək.
"Aslanlar” bu oyunun hazırlıqlarını davam etdirir. Dünən bərpaedici məşq olmuşdusa, bugünkü hazırlıq tam qrafik üzrə həyata keçirilib. "Bayıl Arena”dakı məşqdə baş məqşçi Güvənc Kurtar yetirmələrini taktiki-texniki yöndə daha da püxtələşdirməyə çalışırdı. Bütün futbolçuların iştirak etdiyi hazırlıqda yalnız son tur matçında zədələnən Julio Sezar fərdi proqram əsasında məşq etdi.