10 mart 2014 12:33
Elvin Məmmədov: Belə böyük hesabla məğlub olacağımızı gözləmirdim
“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov azerisport.az saytına açıqlamasında TPL-in 25-ci turu çərçivəsində “Qarabağ”a məğlubiyyəti (0:4) şərh edib:
“Oyuna yaxşı başladıq. İlk beş dəqiqədə qol vura bilərdik və bunu etməli idik. Belə vəziyyətlərin birində qol vuracağımız təqdirdə, hesabın necə olacağını demək, çətindir. Ancaq fakt faktlığında qalır ki, qalan vaxt ərzində rəqib bizi bütün göstəricilərdə üstələdi. Bu, bizim günümüz deyildi. Belə böyük hesabla məğlub olacağımızı gözləmirdim. İndi Azərbaycan Kubokuna köklənmək lazımdır”.
