10 mart 2014 00:26
Ufuk oynamadı, komandası qələbə qazandı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" növbəti matçına çıxıb.
Qaziantep təmsilçisi "Şanlıurfaspor"un qonağı olub. Budakın adı bu görüşdə iştirak ərizəsinə salınmayıb və qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qaziantepspor" bu turdan sonra 30 xalla turnir cədvəlinin 14-cü pilləsində yerləşib.