10 mart 2014 11:33
Muarem Muarem: Əgər biz Pantiç kimi düşünsək, çempion olmarıq
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem azerisport.az saytına müsahibəsində TPL-in 25-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyundan (4:0), ölkə kubokunun dörddəbir finalında baş tutacaq qarşılaşmadan və Makedoniya yığmasına qayıdışından danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Belə güclü rəqibi məğlub etdiyimizə şadıq. Uğurlu oyun keçirdik. Komanda bütün xətlərdə yaxşı oynadı. Rəqibin baş məşqçisi Pantiçin dediyi kimi, nəticə meydanda baş verənləri göstərdi.

- O, əmindir ki, ağdamlılar çempion olacaqlar.
- Pantiç tələsib. Əgər biz o deyən kimi düşünsək, məqsədimizə çata bilmərik. Çempionatın yerdə qalan hər oyununa final oyunu kimi çıxacağıq. Əsası, arxayınlaşmamaqdır.

- Rəqib 2014-cü ilə yaxşı başlamışdı və məğlubiyyətsiz gedirdi. Onları belə böyük hesabla məğlub edəcəyinizi gözləyirdiniz?
- Biz bütün bunları bilirdik və oyuna ciddi hazırlaşmışdıq. Əlbəttə, hər şeyin belə asan olacağını gözləmirdik. Komanda o qədər yaxşı hazırlaşıb ki, hesab belə böyük oldu. Biz yaxşı bilirik ki, hər oyunda belə asan olmayacaq. Arxayınlaşmaq olmaz.

- Bu oyunda sizi ikinci hissədə meydana buraxdılar. Bu, nə ilə bağlıdır?
- Məşqçi tez-tez heyətdə rotasiya edir. Ola bilər ki, bu, həftənin ortalarında Makedoniya yığmasının heyətində olmağımla bağlıdır. Mən bundan problem yaratmıram.

- Yeri gəlmişkən uzunmüddətli fasilədən sonra sizi yenidən yığmaya dəvət etdilər.
- Bəli və buna şadam. Latviyanı məğlub etdik (2:1). Mən 30 dəqiqə oynadım. Burada mənim “Qarabağ”da çıxışım az rol oynamadı.

- Qarşıda “Qəbələ”yə qarşı ölkə kubokunun dörddəbir final oyunu var. Heyətdə dəyişiklik olacaq?
- Qarşıdakı oyuna hansı heyətin çıxacağını bilmirəm. Ancaq düşünmürəm ki, çempionatda uğurlu iştiraka gərə, kubokda mübarizə zərbə altında qalsın. “Qəbələ”lə son turlarda uğursuz nəticələr göstərir. Təbii ki, kubokda bəraət almağa çalışacaq. Bizi çətin oyun gözləyir.