10 mart 2014 19:00
Dadaşov Kayzerslauternə qələbə qazanmağa kömək edə bilmədi
Almaniyada Cənub regional liqasının 22-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası evdə “Sveybrüken”i qəbul edib və oyun qolsuz bərabərliklə başa çatıb.
Dadaşov 65-ci dəqiqədə meydana daxil olub.
Hazırda “Kayzerslautern II” 37 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
