10 mart 2014 18:18
Qəbələ üç aydır ki, evdə qələbəyə həsrətdir
TPL-in 25-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olmuş “Qəbələ” ev oyunlarında yaşadığı uğursuz seriyanı davam etdirib. Azerisport.az xəbər verir ki, “radarlar” doğma meydanda son dəfə ötən il dekabrın 20-də “Bakı”nı məğlub etmişdilər.
Şəhər stadionundakı növbəti dörd oyun isə “radarlar” üçün bir heç-heçə və üç məğlubiyyətlə əlamətdar olub.
“Qəbələ” Premyer Liqa çərçivəsində növbəti oyunu martın 23-də “İnter”ə qarşı keçirəcək. Buna qədər isə komanda martın 12-də ölkə kubokunun ilk dörddəbir finalı çərçivəsində “Bakı”nı qəbul edəcək.
