10 mart 2014 16:00

Elnur Allahverdiyev: Bilmirəm Mahir Şükürovu Qəbələdə niyə belə sevmirlər

“Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının TPL-in 25-ci turu çərçivəsində “Neftçi”yə məğlubiyyətindən (1:2), komandadakı böhrandan və perspektivlərdən danışıb:
“Çox məyusam. Prinsipial rəqibə məğlub olduq. “Qarabağ”a doqquz xal uzaqlaşmaq imkanı verdik. Bilmirəm bizimlə nə baş verir. Böhran? Ola bilər ki, hər hansı oyun böhranı müşahidə edilir. Artıq üç turdur ki, qalib gələ bilmirik. Baxmayaraq ki, “Neftçi”yə qarşı ikinci hissədə komanda pis oynamadı və ən azından heç-heçəyə ümid edə bilərdik”, deyə Allahverdiyev sözə başlayıb.
- Sanki acığa, paytaxt klubunun bütün cəzalı oyunçuları sizinlə oyunda sıraya dönmüşdü.
- Hətta buna baxmayaraq belə, məğlub olmamalı idik. Belə qollar buraxdıq. Mənə elə gəlir ki, rəqibin ikinci qolu oyundankənar vəziyyətdən vuruldu. Hər halda, biz məğlub olduq. Bilmirəm nə üçün biz mövsümün ikinci yarısında belə oynayırıq. Böhrandan çıxmaq lazımdır.

- Razısınızmı ki, artıq heç kim “Qarabağ”a çata bilməz?
- Hazırda onlar layiq olduqları üçün birinci pillədə qərarlaşıblar. Ancaq onların çempion olacaqlarını demək, hələlik, tezdir. Başqalarını bilmirəm, ancaq “Qəbələ” sona qədər mübarizə aparacaq.

- Yeri gəlmişkən, artıq Çərşənbə günü sizi ölkə kubokunun ilk dörddəbir final oyunu çərçivəsində ağdamlılara qarşı oyun gözləyir.
- “Qarabağ”a asan olmayacaq. Bu oyun bizə yalnız yarış məqsədi baxımından vacib deyil, həmçinin, böhrandan çıxmaq nöqteyi-nəzərindən vacibdir. Biz yarımfinala çıxmalı və psixoloji vəziyyətimizi yaxşılaşdırmalıyıq. Bu, bizə Premyer Liqada gələcək mübarizədə kömək edəcək.

- Rəqib yarımehtiyat heyəti buraxa bilər...
- Biz artıq bir dəfə, “Qarabağ”ın belə desək, ikinci heyətinə qarşı oynamışıq. Xatırlayırsınızsa, öz meydanımızda məğlub olduq. Bu komandanın yarımehtiyat heyət anlayışı yoxdur.

- “Neftçi” ilə oyuna qayıdaq. İkinci hissədə hakim oyunu dayandıranda nə baş vermişdi?
- Xoşagəlməz olay baş vermişdi. Azarkeşlər Mahir Şükürova öz nifrətini bildirmişdilər. Ona ciddi bir şey atmırdılar. Yalnız kağız idi. Onlar həmişə Mahir Şükürovun ünvanına nə isə deyirlər.

- Nə üçün onu “Qəbələ”də belə sevmirlər?
- Düzünü deyim, heç soruşmamışam və heç bilmirəm ki, ona belə nifrət haradan qaynaqlanır. Yəqin ki, o, nə qədər futbol oynayırsa, bununla üzləşəcək. Heç bir futbolçuya bunu arzulamıram.

- Bəs oyundan sonra nə baş verdi?
- Azarkeşlər hakimlikdən narazı idi. Mən bildiyim qədər, hər şey ötüb keçdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.