10 mart 2014 15:11
Mustafa Dənizli: Bir türk kimi, Azərbaycanın uğur qazanmasını istərdim
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli ölkəmizin paytaxtının AÇ-2020-nin oyunlarını keçirmək şanslarından danışıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Bakının şansları az deyil. UEFA vitse-prezidenti Şenes Erzik də bu fikri təsdiqlədi. Bakının şansları o biri namizədlərdən az deyil. Sadəcə, bu istiqamətdə iş aparmaq lazımdır. Azərbaycan Avro-2020-nin oyunlarını yüksək səviyyədə keçirə bilər. UEFA Bakıya etimad göstərsə, paytaxtınıza güclü komandalar gələcək. Ona görə onların arasında pley-offda Türkiyə də ola bilər. Bir türk kimi, Azərbaycanın uğur qazanmasını istərdim”.
