10 mart 2014 14:22
Millimizə qarşı oyun, ABŞ yığması üçün yerli stadionda ilk oyun olacaq
Mayın 27-də millimizə qarşı keçiriləcək oyun, ABŞ yığması üçün “Kendlstik Park” stadionunda keçiriləcək ilk oyun olacaq. Azerisport.az xəbər verir ki, ABŞ yığması bu şəhərdə rəqiblərini yalnız bir dəfə qəbul edib.
O zaman, 2006-cı ildə “yankilər” Yaponiya millisini 2:0 hesabı ilə məğlub etmişdilər.
