10 mart 2014 00:44
Kəriminin komandası qələbə qazandı
Azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu "Fəthiyəspor" Türkiyə PTT 1-ci Liqasında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası "Karşıyaka"nın qonağı olub.
Bu görüşdə Kəriminin adı oyunun iştirak ərizəsinə salınmayıb. 90 dəqiqənin sonunda sevinən tərəf qonaqlar olub - 1:2.
Qeyd edək ki, 29 turdan sonra "Fəthiyəspor" 29 xalla 15-ci pillədə qərarlaşıb.