9 mart 2014 00:28
Subaşiç fırtına kimi əsdi!
Türkiyə Birinci divizionunda 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor”, digər futbolçumuz Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”la qarşılaşıb.
Subaşiç komandasının əsas heyətində meydana çıxıb və komandası 3:0 hesabı ilə qalib gəlib. Subaşiç birinci və sonuncu qolları vurub. Futbolçumuz 78-ci dəqiqədə əvəzlənib. Yunisoğlu isə oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda “Orduspor” 56 xalla yarış cədvəlinin 2-ci, “Tekden Denizlispor” isə 31 xalla 12-ci pilləsində qərarlaşıb.
