9 mart 2014 11:47

Cavid Hüseynov: Gümüş medal da pis nəticə olmaz

"Bakı"nın futbolçusu Cavid Hüseynov azərisport.az saytına müsahibəsində Topaz Premyer Liqasında növbəti turdan, "Qarabağ"ın futbolçuları Rəşad Sadıqovla Riçard Almeydadan danışıb.

- Yığmayla Dubay toplanışının ardınca Premyer Liqaya hazırlaşmaq çətin olmayacaq?
- Heç bir çətinlik yoxdu. Bir qədər yol yorğunluğu hiss olunur. O da 1 gün ərzində keçir. Çalışacağıq heç bir çətinlik olmasın. Artıq martın 6-dan Bakının məşqlərində iştirak edirəm. Komanda böyük ruh yüksəkliyi ilə "Qarabağ"la oyuna hazırlaşır. Bu, bizim işimizdi. Ona görə işimizi layiqli görməliyik.

- Son turda "Sumqayıt"la görüşdən qolsuz bərabərliylə ayrılmağınız irəliləməyə mane oldu. Komandanın stabil oynamasında əsas problem nədədi?
- "Bakı"da heç bir problem yoxdu. Komanda hər oyuna qələbə üçün çıxır. Sadəcə, bəzən istədiyimiz alınmır. "Sumqayıt"la görüşdə qol şanslarımız olsa da fərqlənə bilmədik. Xal itkisi barədə çox düşünmürük. Qarşıdan "Qarabağ"la daha çətin oyun gəlir. Lider bizimlə sona qədər mübarizə aparacaq. Bu oyundan qalib ayrılsaq mövqeyimiz nisbətən yaxşılaşacaq.

- "Qarabağ"ın lider olması işinizi çətinləşdirir və ya əksinə?
- "Qarabağ" liderliyə layiq oyun nümayiş etdirir. Son turlar yaxşı oyunla qələbə qazanır. Bununla komandanın lider olmasında təəccüblü heç bir şey yoxdu. Yaxşı futbolçulardan qurulub. Legionerləri hər matçda maksimum oyun sərgiləyir. Amma "Bakı" da zəif deyil. "Qarabağ"ı məğlub etməyə gücümüz çatacaq. Biz rəqibdən geri qalmadığımızı göstərəcəyik.

- "Bakı" "Qarabağ" üzərində necə qələbə qazana bilər?
- Bunun üçün ilk növbədə Rəşad Sadıqovu nəzarətdə saxlamaq lazımdır. Əgər "Qarabağ"ı məğlub etmək istəyiriksə, Sadıqova rahat oynamağa imkan verməməliyik. Rəşad təcrübəli olmağıyla yanaşı həm də komandanın lideridi. Onun meydanda işi çox olur. Lazım olanda komanda yoldaşlarına kömək edir. Sadıqovun meydanda olması bizə əlavə problem yarada bilər.

- Komandanın bütövlüklə Rəşad Sadıqovdan asılı olduğunu demək düzgün olmaz...
- Fikrimcə, Sadıqovla Almeyda bu gün "Qarabağ"ın uğurlarında çox böyük rolu var. Heç kimin əməyini kiçiltmək istəməzdim. Amma Almeyda tez bir zamanda heyətə uyğunlaşdı. Sadıqovla birgə komandanın onurğa sütünlarından sayılır. Əgər Sadıqovla Almeydanı nəzarətdə saxlamağı bacarsaq, "Qarabağ"ı məğlub etmək olar.

- "Bakı" "Qarabağ"dan 8 xal geri qalır. Yəqin, razılaşarsan, əgər qalib gəlsəniz çempionluq şansınız artacaq...
- Çempionluq hər zaman bizim üçün hədəf olub. Cari mövsümün əvvəlində bu qədər xal itirməsəydik indi bəlkə də lider biz idik. Öz səhvlərimizi düzəltməyi bacardıq. Qış fasiləsindən sonra komanda toparlandı və layiqli oyun sərgilədi. 8 xal o qədər çox deyil, lakin az da adlandırmaq olmaz. Bu görüşdə məğlub olsaq geri düşəcəyik. Ona görə qələbə qazanmaq vacibdir. İlk 5 komandanın çempionluq şansları qalmaqdadı.

- Sən komandanı hansı yerə layiq görürsən?
- "Bakı" hər zaman liderlər sırasında olub. Cari mövsümü üst pillələrdə başa vurmaq istərdik. Heç olmasa ikinci yerdə olsaq yaxşı olar. Gümüş medal da pis nəticə olmaz. Əsas ümidlərimizdən biri Azərbaycan Kubokudu. "Bakı" adətən kubok yarışlarında daha yaxşı çıxış edir. Ona görə Azərbaycan Kubokunda qələbə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.