9 mart 2014 11:14
Toğrulun yoxluğunda Taşkın oynadı
Futbol üzrə Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millinin şərəfini qoruyan Eren Taşkın və Toğrul Eratın klubu - Düsseldorf "Fortuna"sının ikinci komandası doğma azarkeşlər önündə "Bohum"la qarşılaşıb.
Eratın adı iştirak ərizəsinə daxil edilməsə də, Taşkın start heyətində meydana daxil olub və 90 dəqiqə komandasının uğuru üçün çalışıb. Buna baxmayaraq, Düsseldorf təmsilçisi məğlubiyyətdən xilas ola bilməyib. Belə ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 25-ci turdan sonra "Fortuna" 39 xalla 7-ci pillədə qərarlaşıb.