9 mart 2014 22:40
Özkara oynamadı, komandası uduzdu
Bu gün futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" da növbəti matçına çıxıb.
Sivas təmsilçisi səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Özkara bu görüşdə forma geyinə bilməyib. Belə ki, futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 24 turdan sonra "Sivasspor" 36 xalla 4-cü pillədə qərarlaşıb.