9 mart 2014 20:15
Pantiç: Ədalətli nəticə oldu
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ədalətli nəticə oldu. Çempionatın ən yaxşı komandası qələbə qazandı. “Qarabağ”ın çox keyfiyyətli oyunçuları var. Bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir. Yaratdıqları 5-6 qol epizodundan 4-nü qola çevirdilər. Biz isə yaratdığımız epizodardan yararlana bilmədik. Fikrimcə, “Qarabağ” bu il çempion olacaq. Avroliqada iştirak etmək üçün sona kimi mübarizə aparacağıq”.